Şirvan şəhərində yol-nəqliyyat hadisəsi
22.10.2016Oktyabrın 22-də saat 15 radələrində Şirvan şəhərində şəhər sakinləri Vüqar Mehrabovun idarə etdiyi “DENA” və Elbəyi Mustafayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşduqdan sonra “DENA” markalı avtomobil Zaur Davudovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılmışdır. Nəticədə V.Mehrabov hadisə yerində ölmüş, E.Mustafayev və oğlu Elşən xəstəxanaya yerləşdirilmişlər.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.