Sabirabad şəhərində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
22.10.2016Oktyabrın 23-də saat 01 radələrində Sabirabad şəhərində şəhər sakini Kamran Məhərrəmlinin idarə etdiyi “VAZ-2107” və Şirvan şəhər sakini Elşən Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə K.Məhərrəmlinin sərnişinlərindən - həmyerlisi İsrafil Cəfərov hadisə yerində ölmüş, digər 1 sərnişini isə xəstəxanaya yerləşədirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.