İtkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulmuşlar
28.08.2016Polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilmişdir.
E.Hümmətovun meyiti eksqumasiya edilmiş, qeyd edilmiş şəxslər tutulmuşlar.