Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şəki rayon sakini Zərifə İsgəndərova yerləşdirildiyi xəstəxanada ölmüşdür
28.08.2016Avqustun 25-də saat 21 radələrində Yevlax rayonunun Salahlı kəndində Göygöl rayon sakini Nəsimi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə N.İsgəndərovun sərnişini Şəki rayon sakini Zərifə İsgəndərova xəstəxanaya yerləşdirilmiş və avqustun 28-də orada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.