Cəlilabad rayonunun Cəfərxanlı kənd sakini Rəfail Paşayevi qətlə yetirmiş Qüdrət Əhmədov tutulmuşdur
28.08.2016Avqustun 28-də Cəlilabad rayonunun Cəfərxanlı kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Qüdrət Əhmədov münaqişə zəminində həmkəndlisi Rəfail Paşayevə bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş R.Paşayev orada ölmüşdür.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əhmədov tutulmuşdur.