Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.08.2016Avqustun 28-də saat 11 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Saatlı şəhər sakini Əfqan Mustafayev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əliağa Məmmədovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.