Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş vermiş qəza nəticəsində avtomobildə yanğın baş vermişdir
28.08.2016Avqustun 27-də saat 19 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Bakı şəhər sakini İkram Nəzərov idarə etdiyi “QAZ-31” markalı avtomobili aşırmış və avtomobildə yanğın baş vermişdir. Nəticədə avtomobilin yanar konstruksiyaları yanmış, xəsarət almış İ.Nəzərov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir. İlkin tibbi yardım göstərildikdən sonra onlar buraxılmışlar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.