Axtarışda olan Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulmuşdur
11.07.2016Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulmuşdur. Onun ekstradisiyası üçün tədbirlər görülür.