Cəlilabad rayonunun Mollalı kəndində “VAZ-2107” və “Lada Priora” markalı avtomobillər toqquşmuşdur
11.07.2016İyulun 11-də saat 19 radələrində Cəlilabad rayonunun Mollalı kəndində rayon sakinləri Həbulla İbrahimovun idarə etdiyi “VAZ-2107” və Telman Ağayevin idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü xəstəxanaya aparılarkən yolda ölmüş, H.İbrahimovun 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.