Qobustan rayonunun Acıdərə kəndində “Nissan” və “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur
11.07.2016İyulun 11-də saat 16 radələrində Qobustan rayonunun Acıdərə kəndində Şamaxı rayon sakini Elşad Qurbanovun idarə etdiyi “Nissan” və Bakı şəhər sakini Gülbala Əzizovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. İdarəetməni itirmiş E.Qurbanovun avtomobili Şəki şəhər sakini Natiq Xasməmmədovun idarə etdiyi “Kia” markalı avtomobilə çırpılmışdır. Nəticədə G.Əzizovun sərnişinlərindən Tovuz rayon sakini Südabə Bayramova hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.