Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
11.07.2016İyulun 12-də saat 02 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Salyan rayon sakini Telman Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış Bərdə rayon sakini Səfər Əhmədova məxsus “”KamAZ” markalı avtomobilə vurmuşdur.
Nəticədə T.Mehdiyev hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.