Xəzər rayonu ərazisindəki mağazada rayon sakini S.Nuriyevaya məxsus pul kisəsini oğurlamaqda şübhəli bilinən T.Elçiyev tutulmuşdur
11.07.2016İyulun 10-da Xəzər rayonunun Binə qəsəbəsindəki mağazada qəsəbə sakini Sevil Nuriyevaya məxsus içərisində 3930 manat olan pul kisəsi oğurlanmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tapdıq Elçiyev tutulmuşdur.