İyunun 19-da Qazax rayonunda qətlə yetirilən qadının Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyeva olması müəyyən edilmişdir
23.06.2016Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Xanlıqlar kəndində qətlə yetirilənin Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyeva olması müəyyən edilmişdir.
Qətli törətmiş Qazax rayonunun Qarapapaq kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Babayev (keçmiş əri) könüllü olaraq Xətai RPİ 37-ci PB-yə gələrək istintaqa təslim olmuşdur.