Ucar rayonunun Türkəçi kəndində yol-nəqliyyat hadisəsi
23.06.2016İyunun 23-də saat 16 radələrində Ucar rayonunun Türkəçi kəndində rayon sakini Zakir Bəkirov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən Soltanəli İbrahimov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ucar RPŞ tərəfindən araşdırma aparılır.