Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə yolu keçən 4 piyadanı vuraraq hadisə yerini tərk etmiş sürücü tutulmuşdur
23.06.2016İyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk etmişdir. Piyadalar xəstəxanaya yerləşdirilmişlər.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulmuşdur.