Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonunda yaşayan S.Soltanovanın evinə oğurluq məqsədi ilə girməkdə şübhəli bilinən şəxslər tutulmuşlar

23.06.2016

Ötən il noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində yaşayan Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs S.Soltanova ilə rastlaşdığından ona və səs-küyə oyanmış evdə olan Elnarə Əhədovaya və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk etmişlər.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuşlar Fərid Rəsulov və Zaur Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilmişdir.