Respublikanın üç rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
23.06.2016Şəki ŞRPŞ əməkdaşları tərəfindən Aşağı Daşağıl və Baş Küngüt kəndləri ərazisindən ümumi çəkisi 1 ton 320 kiloqram olan 5562 ədəd, Yardımlı RPŞ əməkdaşları tərəfindən Alar kəndi ərazisindən, ümumi çəkisi 5 ton 60 kiloram olan 7116 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Malay kəndi ərazisindən, ümumi çəkisi 76 kiloqram olan 252 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar edilərək məhv edilmişdir.