Ağdaş RPŞ əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatla bağlı 4 nəfər tutulmuşdur
23.06.2016Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapançanı və 7 ədəd patronu satarkən tutulmuşlar. Araşdırmalar zamanı V.Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan alması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S.Paşayev və Ə.İbrahimov da tutulmuşlar.