Sumqayıt şəhər sakini Tapdıq Musayevi qətlə yetirmiş Sabir Rəxtari tutulmuşdur
04.05.2016Mayın 3-də Sumqayıt şəhəri 36-cı məhəllənin ərazisindən şəhər sakini Tapdıq Musayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Kotec qəsəbə sakini Sabir Rəxtari tutulmuşdur.