Tərtər rayonunun Əskipara kənd sakini Rasim Umudov və Goranboy rayon sakini Əli Əliyev tutulmuşdur
04.05.2016Mayın 4-də Tərtər rayonunun Əskipara kəndində Subartezian quyularının istismarı idarəsinin balansında olan subartezian quyusunu elektrik enerjisi ilə təchiz edən kabelin kəsilərək oğurlanmasına cəhd göstərilmişdir.
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Rasim Umudov və Goranboy rayon sakini Əli Əliyev tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə Ə.Əliyevin Xanqərvənd kəndindəki daha 2 subartezian quyusundan ümumilikdə 57 metr elektrik kabeli oğurlaması da müəyyən edilmişdir.