Gəncə şəhərinin Avtozavod qəsəbəsində yaşayan Nahidə İsmayılovanı qətlə yetirmiş İlham Abbasov könüllü olaraq təslim olmuşdur
04.05.2016Mayın 4-də Gəncə şəhərinin Avtozavod qəsəbəsində yaşayan Nahidə İsmayılovanın evində tanışı İlham Abbasov münaqişə zəminində ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirmişdir.
İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olmuşdur.
Xəstəxanaya yerləşdirilmiş N.İsmayılova orada ölmüşdür.Araşdırma aparılır.