Avtomobil disk və təkərlərini oğurlamış paytaxt sakini Ramil Əliyev tutulmuşdur
04.05.2016Mayın 3-də Binəqədi rayonu ərazisindəki “Man” MMC-nin həyətindən 1700 manat dəyərində disk və təkər oğurlanmışdır.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Ramil Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 25-də həmyerlisi Kamran Mustafayevi aldadaraq 770 manat dəyərində disk və təkər alması da müəyyən edilmişdir.