Bankomat kartından 58 manat pul oğurlamış İmişli şəhər sakini Vüqar Sadıqov saxlanılmışdır
04.05.2016Cari il aprel ayının 22-də İmişli şəhər sakini Sayad Əliyevaya məxsus bankomat kartından 58 manat pul oğurlanmışdır.
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Vüqar Sadıqov saxlanılmışdır.