Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Adil Şahbalayevin digər cinayət əməlləri də müəyyən edilmişdir
24.03.2016Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da Rəna Babayevaya məxsus “KİA” markalı avtomobildən 500 manat, qızıl və kosmetik əşyalar oğurlamış Bakı şəhər sakini Adil Şahbalayev tutulmuşdur. Onun Z.Əhmədova, L.Səmədovaya məxsus evlərdən və S.Səbzəliyevaya məxsus “İnfiniti” markalı avtomobildən pul, qızıl və geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.