Oğurlamış rayon sakinləri Quba raron sakinləri Emin Fərhadov və Fərhad Bağırov tutulmuşlar
24.03.2016Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də İkram Yarəliyevə məxsus mağazadan 40 manat, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Emin Fərhadov və Fərhad Bağırov tutulmuşlar. Onların həmyerliləri Şahin Şahkərəmov və Əfran Qafarovla birgə daha 5 mağazadan oğurluq etmələri də müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ş.Şahkərəmov və Ə.Qafarov da tutulmuşlar.