Gəncə şəhərində şəhər sakini Nəzər Məmmədəliyev benzinlə özünü yandırmışdır
24.03.2016Martın 24-də saat 22 radələrində Gəncə şəhərində şəhər sakini Nəzər Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan Gəncə ŞBPİ DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. N.Məmmədəliyevin sərxoş halda olması müəyyən edildiyindən avtomobili müvəqqəti duracağa yerləşdirilmişdir.
Sonradan müvəqqəti duracağa gəlmiş N.Məmmədəliyev benzinlə özünü yandırmışdır. Xəstəxanaya yerləşdirilmiş N.Məmmədəliyevin vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.