Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Röyal Bəkirlini bıçaqla hədələyərək idarə etdiyi avtomobili almış və qəza törətmiş şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır

24.03.2016

Martın 24-də metronun “28 May” stansiyasının yaxınlığında 2 naməlum şəxs Bakı şəhər sakini Röyal Bəkirlinin idarə etdiyi “Mercedes” markalı avtomobilə oturaraq Binəqədi rayonunun Azadlıq prospektinə gedəcəklərini bildirmişdir. Həmin ünvanda onlar sürücünü bıçaqla hədələyərək avtomobildən düşürmüş və həmin nəqliyyat vasitəsində getmişlər. Azadlıq prospektində onlar həmin avtomobili Bakı şəhər sakini Elvin Əhmədovun idarə etdiyi “Opel” markalı avtomobilə vurmuş, nəticədə “Mercedes” markalı avtomobildə olan paytaxt sakini Nazim Məmmədov, habelə E.Əhmədov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir. “Mercedes” markalı avtomobildə olan digər şəxs hadisə yerindən qaçmışdır.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

24.03.2016 tarixinə olan kriminal məlumatlar