Seyf oğurlamış Saatlı rayon sakini Raciv Qənbərov tutulmuşdur
24.03.2016Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon sakini Bəhlul Məncimovun evindən içərisində qızıl sırğa və təqaüd kartı olan seyfi oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Raciv Qənbərov tutulmuşdur.