Beyləqan rayonunun 1-ci Şahsevənli kənd sakini Hümbət Abdullayevin ölümünə səbəb olmuş Şəhriyar Baxşəliyev tutulmuşdur
07.03.2015Martın 7-də Beyləqan rayonunun 1-ci Şahsevənli kəndində kənd sakini Şəhriyar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Hümbət Abdullayevi itələyib yıxmışdır. H.Abdullayevin başı daşa dəydiyindən hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Baxşəliyev tutulmuşdur.