Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi
07.03.2015Martın 7-də saat 03 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Müşfiq Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobili, sonradan isə yolu keçən qəsəbə sakini Arzu Qəniyevi vurduqdan sonra hadisə yerini tərk etmişdir.
Piyada xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.