Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.03.2015Martın 7-də saat 06 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şəmkir rayon sakini Məhəbbət Qarayeva vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür.
Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti, DYPİ və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Nadir Hüseynova məxsus “İnfiniti” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.