Avtomobil qaçırmış Bakı şəhər sakinləri Salman Məhərrəmov və Vüsal Nağıyev tutulmuşlar
07.03.2015Martın 6-da Bəhrəm Dadaşova məxsus qaçırılmış “VAZ-2106” markalı avtomobil həmin gün Maştağa qəsəbəsində dövlət qeydiyyat nişanları oğurlanmış vəziyyətdə tapılmışdır.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakinləri Salman Məhərrəmov və Vüsal Nağıyev tutulmuş, onlardan avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 5-də Sevda Kazımovaya məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.