Bakı şəhər sakini Marina Sergeyeva yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür
07.03.2015Martın 3-də Səbail rayonunun Badamdar qəsəbəsində Ağdam rayon sakini Anar Nəzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış “WB97R” markalı traktora vurmuşdur. A.Nəzərovun sərnişini, Bakı şəhər sakini Marina Sergeyeva xəstəxanaya yerləşdirilmiş və martın 7-də orada ölmüşdür.