Sabirabad şəhər sakini C.Əliyevdən marixuana götürülmüşdür
19.02.2015Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cavidan Əliyevdən 26,28 qram marixuana götürülmüşdür. Araşdırmalarla o, narkotik vasitənin atası Cabir Əliyevə məxsus olmasını bildirmişdir.
Cabir Əliyevin evinə baxış zamanı 10 kiloqram 18,72 qram marixuana aşkar edilərək götürülmüş və o, tutulmuşdur.