Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə piyada N.Babayev vurulmuşdur
19.02.2015Fevralın 19-da saat 23 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Beylaqan rayon sakini Mehman Mədətov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Nicat Babayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.