Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində T.Cəlilova məxsus emalatxanada yanğın baş vermişdir
19.02.2015Fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş vermişdir. Nəticədə 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, E.Sahilov orada ölmüşdür.
Araşdırmalar aparılır.