Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobil aşmışdır
19.02.2015Fevralın 19-da saat 09 radələrində Sumqayıt şəhəri ərazisində Rusiya Federasiyası vətəndaşı Hacımurad Həziyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırmışdır. Nəticədə onun xəsarət almış 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.