Şabran rayonu ərazisində “VAZ-2121” markalı avtomobillə rayon sakini Ü.Hacıyeva vurulmuşdur
19.02.2015Fevralın 19-da saat 17 radələrində Şabran rayonunun Sincanboyad kəndində rayon sakini Xalid Abbasov “VAZ-2121” markalı avtomobillə yolu keçən həmyerlisi Ülviyyə Hacıyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.