Bakı şəhər sakini Nurəddin Xəlilovdan narkotik vasitə və tapança aşkar edilmişdir
14.02.2015Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Bayram Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Göyçay rayon sakini Müşfiq Mikayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Xəlilov tutulmuşlar.
N.Xəlilovun üzərinə baxış zamanı “Revolver” tipli tapança, 2 ədəd patron və 10,157 qram heroin aşkar edilərək götürülmüşdür.
Araşdırmalar zamanı onların avtomobili Ağdaş rayon sakini Zaur Əliyevə satmaq üçün vermələri müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Əliyev də saxlanılmış və ondan 2,280 qram heroin götürülmüşdür.