Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini İlqar Babayevə məxsus avtomaşını qaçırçış Elçin Əliyev saxlanılmışdır

14.02.2015

Fevralın 14-nə keçən gecə Yasamal rayonu ərazisindən Bakı şəhər sakini İlqar Babayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır. Həmin gün saat 08 radələrində Kürdəmir rayonu ərazisində BDYPİ YPXA-nın postunda avtomobilin sürücüsünə “Saxla” işarəsi göstərilmiş, tabeçilik göstərməyən sürücü hərəkətini davam etdirərək Kürdəmir şəhəri ərazisində avtomobildən düşərək qaçmışdır.  

BDYPİ və Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Tovuz rayon sakini Elçin Əliyev saxlanılmış və Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarına təhvil verilmişdir.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

14.02.2015 tarixinə olan kriminal məlumatlar