Nəsimi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
14.02.2015Fevralın 14-də saat 19 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmilə Qəhrəmanlı vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.