Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi
14.02.2015Fevralın 14-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakinləri Əmirxan İsayevin idarə etdiyi “Daewoo” markalı avtobusla Abbas Abbaszadənin idarə etdiyi “Ford” markalı avtomobil toqquşmuşdur. Nəticədə avtobusda olan sərnişinlərdən 4-ü xəstəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.