Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi
14.02.2015Fevralın 14-də saat 18 radələrində Xətai rayonunun Zığ yolu küçəsində sürücüsü müəyyən edilməmiş 51 saylı xətt üzrə idarə edilən və Bakı şəhər sakini Fəxrəddin Həziyevin idarə etdiyi “Daewoo” markalı avtobuslar toqquşmuşdur. 51 saylı xətt avtobusunda olan 6 sərnişin xəstəxanaya yerləşdirilmiş, onlardan Əsgər Əsgərov orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.