Yol-nəqliyyat hadisəsi törətmiş Gəncə şəhər sakini Ramin Kərimov saxlanılmışdır
14.02.2015Fevralın 13-də saat 22 radələrində Gəncə şəhərinin T.Arani küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Samirə Atakişiyeva vurulmuş və nəticədə xəstəxanaya yerləşdirilmişdir.
Gəncə ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən hadisənin “VAZ-2121” markalı avtomobilin sürücüsü, şəhər sakini Ramin Kərimov tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.