Masazır qəsəbə sakini Azər Dəmirov tutulmuşdur
22.01.2015Abşeron RPŞ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus “Chevrolet” markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan “VAZ-2106” markalı avtomobil aşkar edilmişdir.
Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış “VAZ-2106” markalı avtomobil olması da müəyyən edilmişdir. A.Dəmirov tutulmuş və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomobilləri də qaçıraraq Gəncə şəhərinə apararaq satması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.Bağırov da tutulmuşdur.