Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış Bakı şəhər sakini Kamran Mürsəlov tutulmuşdur

22.01.2015

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Mikayıl Məmmədova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Kamran Mürsəlov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 23-də atasına məxsus “QAZ-24” markalı avtomobili, habelə ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus “VAZ-2105” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.Salmanzadə tutulmuşdur.

22.01.2015 tarixinə olan kriminal məlumatlar