Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun digər cinayət əməlləri müəyyən edilmişdir

22.01.2015

Yanvarın 17-də narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayı ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən  pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.İsdamov tutulmuşdur.


22.01.2015 tarixinə olan kriminal məlumatlar