Oğurluq etdiyinə görə tutulmuş Lənkəran şəhər sakini Orxan Quluzadənin digər cinayət əməlləri də müəyyən edilmişdir
22.01.2015Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Elşən Quliyevə məxsus “Fiat” markalı avtomobildən 1 ədəd noutbuk oğurlamış Lənkəran şəhər sakini Orxan Quluzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 13-də Elşən İbrahimova qarşı dələduzluq etməsi, habelə yanvar ayının 10-dan 18-dək olan müddətdə Bakı şəhər sakinləri Ülkər Məmmədovaya məxsus “Kia” markalı və Xəyal Mədətova məxsus “Lada-Priora” markalı avtomobillərdən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.