DİO əməkdaşları tərəfindən odlu silah və vasitələri tapılmışdır
22.01.2015Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli RPŞ əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədə “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı, Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılmışdır.