Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilmişdir
09.01.2015Baş Cinayət-Axtarış İdarəsi, Cəlilabad RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən yanvarın 8-də oğurluq etdiklərinə görə tutulmuş Etibar Təhməzovun, Sevda Babayevanın, Nuranə Məmmədovanın və Ramin Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 7-də Xanəli Hüseynova məxsus 3 baş qoyunu, noyabr ayının 15-də isə Günəşli kənd sakini Səmayə Əliyevaya məxsus 4 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.